BİZNES

26 Yanvar

Azərbaycan ötən il avtomobil nəqliyyatı ilə 13,845 milyard dollar dəyərində beynəlxalq yük daşınıb

2025-ci ildə Azərbaycan avtomobil nəqliyyatı vasitəsilə 6,373 milyon ton beynəlxalq yük daşınıb ki, bu da 13,845 milyard ABŞ dolları dəyərindədir.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1,337 milyard dollar və ya 10,7%, həcm baxımından 457 min ton və ya 7,7% artım qeydə alınıb.

Hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatı ilə 2,52 milyard dollar dəyərində 2,708 milyon ton yük ixrac olunub. Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 418 milyon dollar və ya 19,9%, həcm baxımından 385 min ton və ya 16,6% artım deməkdir.

Eyni zamanda, Azərbaycana avtomobil nəqliyyatı ilə 3,664 milyon ton yük idxal olunub, ümumi dəyəri 11,325 milyard dollar təşkil edib. Ötən il ilə müqayisədə dəyər baxımından 653,4 milyon dollar və ya 6,9%, həcm baxımından isə 51,1 min ton və ya 1,6% artım müşahidə olunub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 49,423 milyard dollar dəyərində 58,338 milyon ton yük daşınıb. Bu göstərici dəyər baxımından 1,811 milyard dollar və ya 3,8% artım, həcm baxımından isə 1,369 milyon ton və ya 2,3% azalma deməkdir.

Ötən il üzrə Azərbaycandan nəqliyyat vasitələri ilə ümumilikdə 25,043 milyard dollar dəyərində 47,595 milyon ton yük ixrac olunub ki, bu da dəyər baxımından 42 milyon dollar və ya 0,9% azalma, həcm baxımından isə 1,511 milyon ton və ya 5,7% azalma göstərir.

Fuad Mədətov
Finss.az