2025-ci ildə Azərbaycan 1,231 milyard kilovatt-saat (kVt-saat) elektrik enerjisi ixrac edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, elektrik enerjisinin ixracından əldə olunan gəlir 70,1 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcm baxımından 522 milyon kVt-saat və ya 29,8%, dəyər baxımından isə 24 milyon ABŞ dolları və ya 25,5% azalıb.
2025-ci ildə elektrik enerjisinin ixracının qeyri-neft sektorundakı payı 1,93% təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən illə müqayisədə 1,810 milyard dollar və ya 3,8% artım deməkdir.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard dolları ixracın, 24,380 milyard dolları idxalın payına düşüb. Son il ərzində ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.
Nəticədə xarici ticarətdə 663 milyon dollar müsbət saldo yaranıb ki, bu da ötən ilki göstərici ilə müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az
