2025-ci İran ilinin 9 ayı (20 mart - 21 dekabr 2025) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 15%, çəki baxımından 0,5% azalıb.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, 9 ay ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı təxminən 436 milyon dollar dəyərində və 647 min ton həcmində olub. Ötən ilin analoji dövründə isə bu göstərici 512 milyon dollar və 650 min ton təşkil edirdi.
İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsulları, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.
Həmçinin, 9 ay ərzində İranın Azərbaycanla ümumi qeyri-neft məhsul ticarət dövriyyəsi 445 milyon dollar və 651 min ton olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 17%, çəki baxımından 1,48% azalma deməkdir.
Qeyd edək ki, İranın məhsul ixracı ümumilikdə cari ilin 9 ayında 41,2 milyard dollar və 119 milyon ton təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 5,78% azalma, çəki baxımından isə 1% artım müşahidə olunub.
Fuad Mədətov
Finss.az
