BİZNES

26 Yanvar

Azərbaycandan ötən il 23,4 milyon ton neft və neft məhsulları ixrac edilib

2025-ci ildə Azərbaycandan 21 ölkəyə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü illə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb. Qeyd olunan məhsulların ixracı ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Eyni dövrdə Azərbaycandan 735,8 min ton xam neft (dəyəri 431,9 milyon ABŞ dolları) ilə yanaşı, bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları, həmçinin tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar ixrac edilib. 2024-cü illə müqayisədə bu göstərici dəyər ifadəsində 97 milyon ABŞ dolları və ya 29%, fiziki həcmdə isə 198,2 min ton və ya 36,9% artım göstərib.

Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracındakı payı 1,72% təşkil edib.

Fuad Mədətov
Finss.az