BİZNES

26 Yanvar

Azərbaycan xarici ticarət dövriyyəsi artıb

2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% artım deməkdir.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard dolları ixracın, 24,380 milyard dolları idxalın payına düşüb. Son bir ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az