Finss.az - 2025-ci ildə Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlər 1 290,9 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Sektor üzrə gəlirlər 2024-cü illə müqayisədə 4,5% və ya 55,9 milyon manat artıb. Ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda gəlirlər 9,2% və ya 10,5 milyon manat artıb.
Mobil rabitə xidmətlərinin gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 32,4%-ni təşkil edib.
