BİZNES

23 Yanvar

Naxçıvan nəqliyyat sektorunda yük daşımaları, sərnişin daşımaları artıb

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektoru artım göstərib.

Finss.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ildə muxtar respublikanın nəqliyyat sektorunda 7,2 milyon ton yük daşınıb, bu göstərici 2024-cü illə müqayisədə 1% artım deməkdir.

Eyni dövrdə nəqliyyat sektorunda 48,012 milyon sərnişin daşınıb ki, bu da ötən ilə nisbətən 1,3% çoxdur.

Fuad Mədətov
Finss.az