2025-ci ildə Azərbaycanda əhalinin nominal gəlirləri 8% artıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ildə ölkə əhalisinin nominal gəlirləri 2024-cü illə müqayisədə 8,0% artaraq 89 916,0 milyon manat təşkil edib.
Hesabat dövründə hər nəfərə orta hesabla nominal gəlir 8 777,6 manat olub.
Əhalinin sərəncamında qalan gəlirlər isə 79 945,3 milyon manat səviyyəsində qeydə alınıb.
Fuad Mədətov
Finss.az
