BİZNES

23 Yanvar

BTC neft kəməri ilə nəql olunan tranzit neftin həcmi 27,179 milyon ton olub

2025-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql olunan tranzit neftin həcmi 27,179 milyon ton təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü il göstəricisi ilə müqayisədə 2,3 milyon ton və ya 7,8% azdır (2024: 29,471 milyon ton).

BTC vasitəsilə nəql olunan neftin:

  • 84,8%-i (23,057 milyon ton) Azərbaycanda hasil edilən neft,
  • 15,2%-i (4,122 milyon ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft olub.

Ötən il magistral neft kəmərləri ilə ümumi nəql 36,306 milyon ton təşkil edib ki, bu da illik müqayisədə 6,3% azalma deməkdir. BTC kəməri ümumi nəqletmənin 74,9%-ni həyata keçirib.

BTC neft kəmərinin ümumi uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan, 249 km Gürcüstan və 1 076 km Türkiyə ərazisindən keçir. Kəmərin inşası 2003-cü ildə başlamış, 2005-ci ilin mayında neft nəqlinə start verilmişdir.

BTC Co. şirkətində pay bölgüsü: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).

Fuad Mədətov
Finss.az