2025-ci ildə Azərbaycanda tütün və qida məhsulları istehsalı artıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda əvvəlki illə müqayisədə:
- tütün məmulatlarının istehsalı 14,4% artıb,
- qida məhsullarının istehsalı 9,1% artıb,
- içki istehsalı 0,5% yüksəlib.
Əsas məhsullar üzrə dəyişikliklər:
- Makaron məmulatlarının istehsalı 2 dəfə artıb,
- Arağın istehsalı 15,4% artıb,
- Şəkər və qənd istehsalı 12% artıb,
- Meyvə-tərəvəz konservlərinin istehsalı isə 2,1% azalıb.
Fuad Mədətov
Finss.az
