2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında 1,797 milyon nəfər muzdla çalışan fəaliyyət göstərib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, onlardan 869,0 min nəfər dövlət sektorunda, 928,4 min nəfər isə qeyri-dövlət sektorunda işləyib.
Muzdla işləyənlərin sahələr üzrə bölgüsü belədir:
- 18,6% – ticarət; nəqliyyat vasitələrinin təmiri
- 18,2% – təhsil
- 14,0% – sənaye
- 8,5% – əhaliyə səhiyyə və sosial xidmətlər
- 6,7% – tikinti
- 6,3% – dövlət idarəetməsi və müdafiə; sosial təminat
- 4,5% – nəqliyyat və anbar təsərrüfatı
- 3,9% – peşə, elmi və texniki fəaliyyət
- 2,4% – kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
- 2,3% – maliyyə və sığorta fəaliyyəti
- 14,6% – digər sahələr
2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışanların orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3% artaraq 1 089,2 manat təşkil edib. Ən yüksək orta əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.
Fuad Mədətov
Finss.az
