BİZNES

23 Yanvar

Bərə gəmiləri ilə daşınan avtomobillərin sayı artıb

ASCO-nun bərə gəmiləri 2025-ci ilin dekabr ayında rekord avtomobil daşımaları həyata keçirib

Finss.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan ASCO 2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşımışdır. Bu göstərici 2020-ci ilin iyul ayında qeydə alınmış 4 379 avtomobil daşınması rekordunu yeniləyərək son 5 ilin ən yüksək səviyyəsinə çatıb.

Bildirilib ki, 2025-ci ilin noyabr ayında bərə gəmiləri ilə yalnız 3 243 avtomobil daşınmışdı. Beləliklə, dekabr ayında avtomobil daşımalarının həcmi noyabr ayı ilə müqayisədə təxminən 38% artıb.

Fuad Mədətov
Finss.az