2025-ci ilin dekabr ayında Avropada TTF (Title Transfer Facility) indeksi üzrə təbii qazın orta nəğd bazar qiyməti 1 mln. BTU üçün 9,48 ABŞ dolları səviyyəsində formalaşıb.
Finss.az xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatında qeyd olunub.
Hesabata əsasən, 2025-ci ilin dekabr ayında Avropada təbii qazın qiyməti aylıq müqayisədə 8%, illik müqayisədə isə 31% azalıb.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqli həyata keçirilir.
Qeyd edək ki, indiyədək TAP kəməri ilə Avropaya 54 milyard kubmetrdən artıq qaz nəql olunub.
