BİZNES

22 Yanvar

SOCAR Afrika neft-qaz resurslarına çıxışını möhkəmləndirdi: "Baleine" layihəsində 10% iştirak payı əldə etdi

SOCAR “Eni S.p.A.” ilə Kot-d’İvuarda “Baleine” neft-qaz yatağı layihəsində 10% iştirak payı əldə edib.

Finss.az xəbər verir ki, saziş Dünya İqtisadi Forumunun 2026-cı il İllik Toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf“Eni S.p.A.” baş icraçı direktoru Klaudio Deskalzi tərəfindən imzalanıb.

Saziş SOCAR-ın Afrika qitəsində zəngin neft-qaz resurslarına çıxışını təmin edir və şirkətin qlobal genişlənmə strategiyasına uyğun olaraq enerji sənayesində strateji əməkdaşlıq çərçivəsində həyata keçirilir.

“Baleine” yatağı Qərbi Afrikada son illərin ən iri neft-qaz layihələrindən biridir. 2021-ci ildə kəşf edilmiş və 2023-cü ildən hasilata başlayan yataqda hazırda gündəlik 62 min bareldən artıq neft2,1 milyon kubmetr qaz hasil edilir. 3-cü mərhələnin işə salınması ilə hasilatın gündəlik 150 min barel neft5,7 milyon kubmetr qazə çatdırılması planlaşdırılır.

Xüsusi olaraq qeyd olunur ki, “Baleine” layihəsi Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir, bu da ekoloji davamlılıq baxımından mühüm əhəmiyyət kəsb edir.

Fuad Mədətov
Finss.az