BİZNES

23 Yanvar

Naxçıvana əsas kapitala 397,3 milyon manat investisiya yönəldilib

2025-ci ildə Naxçıvan MR-də əsas kapitala yönəldilən investisiyalar 397,3 milyon manata çatıb.

Finss.az Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 45,2% artım deməkdir.

Məlumata əsasən, əsas kapitala qoyuluşun 286,3 milyon manatı tikinti-quraşdırma işlərinə sərf olunub, bu isə əvvəlki ilə nisbətən 23,8% çoxdur.

Fuad Mədətov
Finss.az