2025-ci ildə Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon ABŞ dolları olub.
Finss.az Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 3,7% artım deməkdir.
Hesabat ilində muxtar respublika üzrə ixrac əməliyyatları 13,6 milyon ABŞ dolları, idxal əməliyyatları isə 116,6 milyon ABŞ dolları məbləğində həyata keçirilib.
Qeyd olunur ki, ixrac 2024-cü illə müqayisədə 28,4%, idxal isə 1,4% artım göstərib.
Fuad Mədətov
Finss.az
