2025-ci ildə Naxçıvanın büdcə gəlirləri 290,6 milyon manat olub.
Finss.az Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 11,1% artım deməkdir və dotasiya istisna olmaqla hesablanıb.
Eyni dövrdə Naxçıvan Muxtar Respublikasının büdcə xərcləri 445,6 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 3,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az
