BİZNES

22 Yanvar

Naxçıvanda sənaye məhsulu 474,2 milyon manat olub

2025-ci ildə Naxçıvanda sənaye məhsulu istehsalı 474,2 milyon manat olub.

Finss.az Naxçıvan MR Dövlət Statistika Komitəsinin məılumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 7,2% artım deməkdir.

Məlumatlara əsasən, sənaye məhsulunun paylanması belə olub: 60,6% mədənçıxarma sektorunda, 33,0% emal sektorunda, 5,4% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0% su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda.

Mədənçıxarma sektorunda isə əmtəəlik neft hasilatı 4,7% azalarkən, əmtəəlik qaz hasilatı 1,1% artıb.

Ölkə üzrə müqayisəyə baxıldığında, 2025-ci ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 57,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib, bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% azalma deməkdir. Neft-qaz sektorunda istehsal 2,1% azalarkən, qeyri-neft-qaz sektorunda isə 4,8% artım müşahidə olunub.

Fuad Mədətov
Finss.az