BİZNES

22 Yanvar

Naxçıvanda kənd təsərrüfatı məhsullarının dəyəri 402,2 milyon manat olub

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 402,2 milyon manat təşkil edib.

Finss.az Naxçıvanın Dövlət Statistika Komitəsinin məılumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 2,8% azalma deməkdir.

Məlumatlara görə, istehsalın 223,1 milyon manatı bitkiçilik, 179,2 milyon manatı heyvandarlıq sahəsinə aid olub. Bitkiçilik məhsulu ötən il ilə müqayisədə 1%, heyvandarlıq məhsulu isə 4,9% azalıb.

Fuad Mədətov
Finss.az