2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 129,1 milyard manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 1,4% artım deməkdir.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6% azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda 2,7% artım qeydə alınıb.
ÜDM-in strukturuna baxıldıqda, istehsalın 33,0%-i sənaye, 11,3%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i tikinti, 5,9%-u kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1%-i informasiya və rabitə sahələrinin payına düşüb. Digər sahələrin payı isə 21,7% təşkil edib. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 9,6%-ini təşkil edib.
2025-ci ildə əhalinin hər nəfərinə düşən ÜDM 12 602,2 manat olub.
Fuad Mədətov
Finss.az
