Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)-ın Türkiyədəki "STAR Neft Emalı Zavodu" 2025-ci ilin noyabr ayında xam neft idxalını azaldaraq əsas neft məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırıb.
Finss.az Türkiyənin Enerji Bazarını Tənzimləmə İdarəsi (EPDK) məlumatına əsasən xəbər verir ki, noyabr ayında zavod 791,834 ton xam neft idxal edib, ki, bu da 2024-cü ilin eyni ayındakı 843,759 ton göstəricisindən 6,1% azdır.
Məhsullar üzrə artımlar diqqət çəkir:
- Kerosin istehsalı 113,780 tona yüksələrək əvvəlki ilin 5,982 ton göstəricisindən təxminən 19 dəfə çox olub.
- Dizel istehsalı 1,9% artaraq 580,215 tona çatıb.
- Digər məhsullar üzrə göstəricilər belə olub: mayeləşdirilmiş neft qazı (LPG) +27,7%, nafta +11,1%, yüksək kükürdlü dizel -35,6%.
- Koks və ağır vakuum qazoylu istehsalı isə demək olar ki, əvvəlki səviyyədə qalıb.
"STAR" zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və neft emalını neft-kimya məhsulları istehsalı ilə birləşdirərək Türkiyə iqtisadiyyatının ən iri investisiya layihələrindən biri kimi qiymətləndirilir.
Fuad Mədətov
Finss.az
