BİZNES

22 Yanvar

ASCO-nun bərə gəmiləri ötən ilin dekabrında avtomobil daşımalarında rekord göstəriciyə nail olub

AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri ilə 2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşınıb.

Finss.az ASCO-nun məlumatına əsasən xəbər verir ki, 2020-ci ilin iyul ayında qeydə alınmış 4 379 avtomobil daşınması üzrə əvvəlki rekord yenilənib. Bu, son 5 ilin ən yüksək göstəricisi hesab olunur.

2025-ci ilin noyabr ayında bərə gəmiləri ilə 3 243 avtomobil daşınıb, dekabrda isə avtomobil daşımalarının həcmi noyabr ayı ilə müqayisədə təxminən 38% artıb.

Fuad Mədətov
Finss.az