BİZNES

21 Yanvar

Azərbaycanda kommersiya qurumlarının sayı 7,2% artıb

2026-cı ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.674.984 vergi ödəyicisinin 86,8%-i fiziki şəxslər, 13,2%-i hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9% artıb, o cümlədən fiziki şəxslərin sayı 4,6%, hüquqi şəxslərin sayı 6,6% artıb.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 204.065 vahid təşkil edib, bu da əvvəlki illə müqayisədə 7,2% çoxdur.

2025-ci ildə 14.051 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib, onların 88,7%-i yerli investisiyalı, 11,3%-i isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1%-i elektron qaydada qeydiyyata alınıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,5% təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-i səhmdar cəmiyyət, 1,1%-i kooperativ və digər formalarda yaradılıb.

Fuad Mədətov
Finss.az