BİZNES

21 Yanvar

Azərbaycanda İES-lərdə elektrik enerjisi istehsalı artıb, SES-lərdə isə azalma qeydə alınıb

2025-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalında əsas pay istilik elektrik stansiyalarının (İES) payına düşüb.

Finss.az Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, il ərzində İES-lərdə 24,823 milyard kVt·st, su elektrik stansiyalarında (SES) isə 2,842 milyard kVt·st elektrik enerjisi istehsal edilib.

Məlumata əsasən, 2024-cü illə müqayisədə istilik elektrik stansiyalarında istehsal 280,2 milyon kVt·st və ya 1,1% artıb. Bununla yanaşı, su elektrik stansiyalarında elektrik enerjisi istehsalı 168,5 milyon kVt·st və ya 5,6% azalıb ki, bu da hidroenerji istehsalında eniş olduğunu göstərir.

Ümumilikdə isə 2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kVt·st və ya 0,9% artaraq 28,657 milyard kVt·st təşkil edib.

Fuad Mədətov
Finss.az