2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi (İQİ) 2024-cü ilin dekabr ayına nisbətən 105,2% təşkil edib.
Finss.az Dövlət Statistika Komitəsi (DSK)-nin məlumatına əsasən xəbər verir ki, bu artım qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4%, qeyri-qida məhsulları üzrə 102,5%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 105,7% olub.
Dekabr ayını əvvəlki ayla müqayisə etdikdə, istehlak qiymətləri indeksi 100,8%, yanvar–dekabr dövründə isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6% təşkil edib.
Qida məhsullarında qiymət dəyişiklikləri
Dekabr ayında əsas bahalaşma müşahidə olunub: manna və qarabaşaq yarmaları, mal əti, balıq və balıq məhsulları, süd və süd məhsulları, yumurta, alma, armud, heyva, nar, qoz, fındıq, tərəvəzlər (xiyar, pomidor, balqabaq, şirin bibər, kartof) və bəzi şokolad məmulatları, ketçup və mayonez.
Ucuzlaşan məhsullar: limon, portağal, naringi, banan, kivi, ağ kələm, süfrə çuğunduru, yerkökü və sarımsaq. Digər məhsullarda ciddi dəyişiklik müşahidə olunmayıb.
Qeyri-qida məhsullarında qiymət dəyişiklikləri
Dekabr ayında geyim, məişət cihazları və zərgərlik məmulatları bahalaşıb. Ucuzlaşma isə taxta, sement, qab yuma vasitələri və təsərrüfat sabunu üzrə müşahidə olunub.
Ödənişli xidmətlərdə qiymət dəyişiklikləri
Əsas bahalaşma beynəlxalq hava nəqliyyatı və istirahət turları üzrə olub. Digər xidmətlərdə qiymətlərdə ciddi dəyişiklik qeydə alınmayıb.
Yanvar–dekabr dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə indeks 106,8%, qeyri-qida məhsulları üzrə 102,5%, ödənişli xidmətlər üzrə isə 106,5% təşkil edib.
Fuad Mədətov
Finss.az
