BİZNES

16 Yanvar

Azərbaycandan Türkiyəyə qaz ixracı 9,6 milyard kubmetr olub

2025-ci il ərzində Azərbaycanın təbii qaz ixracı Türkiyəyə 9,6 milyard kubmetr təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 0,3 milyard kubmetr və ya 3% azalma deməkdir. Qeyd edək ki, 2024-cü ildə Türkiyəyə ixrac 9,9 milyard kubmetr səviyyəsində olub.

Finss.az Energetika Naizirliyinin məlumatına əsasən xəbər verir ki, 2025-ci il Azərbaycanda ümumilikdə 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın bölgüsü belə olub: 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG), 27,9 milyard kubmetri “Şahdəniz”, 1,6 milyard kubmetri “Abşeron” yatağı və 7,9 milyard kubmetri SOCAR-ın payına düşüb.

2025-ci ildə ölkənin ümumi qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Bu ixracın 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyaya çatdırılıb.

Fuad Mədətov
Finss.az