BİZNES

16 Yanvar

Azərbaycandan TANAP-la 5,6 mlrd kubmetr qaz Avropaya göndərilib

2025-ci il ərzində Azərbaycanın təbii qaz ixracı ümumilikdə 25,2 milyard kubmetr təşkil edib.

Finss.az Energetika Naizirliyinin məlumatına əsasən xəbər verir ki, ixracın 12,8 milyard kubmetrini Avropaya, 9,6 milyard kubmetrini Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetrini Gürcüstana, 0,5 milyard kubmetrini isə Suriyaya çatdırılıb.

Ötən il ilə müqayisədə Avropaya ixrac 0,1 milyard kubmetr (-0,8%), Türkiyəyə ixrac 0,3 milyard kubmetr (-3%) azalıb, lakin TANAP-la ixrac səviyyəsi dəyişməyib. Gürcüstana ixrac 0,1 milyard kubmetr və ya 4,1% azalıb.

Qeyd edək ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı 2025-ci ilin avqustun 2-dən başlayıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr qazın çatdırılması planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına yönəldilir və burada elektrik enerjisi istehsalında istifadə olunur. Bu proses nəticəsində 1 200–1 300 meqavatlıq əlavə elektrik gücü təmin ediləcək.

Fuad Mədətov
Finss.az