2025-ci il ərzində Azərbaycanın təbii qaz ixracı 25,2 milyard kubmetr təşkil edib, bu göstərici əvvəlki illə müqayisədə dəyişməyib.
Finss.az Energetika Naizirliyinin məlumatına əsasən xəbər verir ki, ixrac edilmiş qazın 12,8 milyard kubmetrini Avropa, 9,6 milyard kubmetrini Türkiyə (o cümlədən TANAP vasitəsilə 5,6 milyard kubmetr), 2,3 milyard kubmetrini Gürcüstan və 0,5 milyard kubmetrini isə Suriya alıb.
Ötən illə müqayisədə Avropaya qaz ixracı 0,1 milyard kubmetr (-0,8%), Türkiyəyə ixrac 0,3 milyard kubmetr (-3%) azalıb, lakin TANAP-la ixrac eyni səviyyədə qalıb. Gürcüstana ixrac isə 0,1 milyard kubmetr və ya 4,1% azalma göstərib.
Fuad Mədətov
Finss.az
