BİZNES

16 Yanvar

Azərbaycanda təbii qaz hasilatı artıb

2025-ci il ərzində Azərbaycanın təbii qaz sektoru üzrə əməliyyat göstəriciləri açıqlanıb. Ölkədə təbii qaz hasilatı 51,5 milyard kubmetr səviyyəsinə çatıb ki, bu da 2024-cü illə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4% artım deməkdir.

Finss.az Energetika Naizirliyinin məlumatına əsasən xəbər verir ki, hasilatın bölgüsü belə olub: 14,1 milyard kubmetr “Azəri-Çıraq-Günəşli” (AÇG), 27,9 milyard kubmetr “Şahdəniz”, 1,6 milyard kubmetr “Abşeron” yatağı və 7,9 milyard kubmetr SOCAR-ın payına düşüb.

Ötən il ilə müqayisədə AÇG üzrə qaz hasilatı 0,8 milyard kubmetr (6%), Şahdəniz üzrə hasilat 0,1 milyard kubmetr (0,4%), Abşeron yatağı üzrə hasilat 0,1 milyard kubmetr (6,7%) artıb. Eyni zamanda, SOCAR-ın qaz hasilatı payı 0,2 milyard kubmetr (2,6%) yüksəlib.

Fuad Mədətov
Finss.az