BİZNES

16 Yanvar

Azərbaycanda neft emalı artıb

2025-ci il ərzində Azərbaycanın neft sektoru üzrə əməliyyat göstəriciləri açıqlanıb. Xam neft hasilatı (qaz kondensatı ilə birlikdə) 27,7 milyon ton təşkil edib.

Finss.az Energetika Naizirliyinin məlumatına əsasən xəbər verir ki, bunun 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG), 3,8 milyon tonu “Şahdəniz”, 0,6 milyon tonu “Abşeron” yataqlarının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Eyni dövrdə xam neftin gündəlik orta hasilatı 62,4 min ton (460 min barrel), kondensat hasilatı isə 13,5 min ton (111 min barrel) olub. Beləliklə, ümumi gündəlik hasilat orta hesabla 75,9 min ton (571 min barrel) təşkil edib.

2025-ci ildə ölkədə neftin emalı 6,2 milyon ton səviyyəsinə çatıb, bu isə 2024-cü illə müqayisədə 0,4 milyon ton və ya 6,9% çoxdur. 2024-cü ildə emal həcmi 5,8 milyon ton olub.

Ölkədən neft ixracı isə 23,1 milyon ton təşkil edib. Ixracın 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb. Ötən illə müqayisədə ixrac həcmi 1,3 milyon ton və ya 5,3% azalıb.

Fuad Mədətov
Finss.az