BİZNES

16 Yanvar

SOCAR, JOCAP və konsorsiumlar üzrə neft ixracı açıqlanıb

2025-ci il ərzində Azərbaycandan xam neft ixracı (qaz kondensatı ilə birlikdə) 23,1 milyon ton təşkil edib.

Finss.az Energetika Naizirliyinin məlumatına əsasən xəbər verir ki, bunun 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.

Ötən il ilə müqayisədə neft ixracı 1,3 milyon ton və ya 5,3% azalıb. Konsorsiumların ixracı 1 milyon ton (4,8%), SOCAR-ın payı isə 0,3 milyon ton (10,7%) azalıb. JOCAP üzrə illik müqayisə üçün göstəricilər açıqlanmayıb.

Eyni zamanda, 2025-ci ildə xam neft hasilatı orta hesabla gündəlik 62,4 min ton (460 min barrel), kondensat hasilatı isə 13,5 min ton (111 min barrel) təşkil edib. Beləliklə, ümumi gündəlik hasilat 75,9 min ton (571 min barrel) olub.

Fuad Mədətov
Finss.az