2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda neft hasilatı (qaz kondensatı ilə birlikdə) 27,7 milyon ton təşkil edib.
Finss.az Energetika Naizirliyinin məlumatına əsasən xəbər verir ki, bunun 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG), 3,8 milyon tonu “Şahdəniz”, 0,6 milyon tonu “Abşeron” yataqlarının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.
Hasilat göstəriciləri illik müqayisədə 1,4 milyon ton və ya 4,8% azalıb. Xüsusilə, “Azəri-Çıraq-Günəşli”dən hasilat 0,6 milyon ton və ya 3,6%, “Şahdəniz”dən 0,4 milyon ton və ya 9,5% azalıb, “Abşeron” yatağından hasilat isə eyni səviyyədə qalıb.
Eyni zamanda, SOCAR-ın hasilat göstəricisi 2024-cü illə müqayisədə 0,4 milyon ton və ya 5,3% azalıb, bu da ölkənin ümumi neft hasilatında müəyyən azalma trendini göstərir.
Fuad Mədətov
Finss.az
