BİZNES

16 Yanvar

Azərbaycandan Qazaxıstana qeyri-neft ixracı 86,9 milyon dollar olub

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan tərəfindən Qazaxıstana qeyri-neft məhsulları ixracı 86,9 milyon ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30,1 milyon dollar və ya 25,7 faiz azalma qeydə alınıb.

Bu dövrdə Qazaxıstana ixrac Azərbaycanın ümumi ixracının 2,62 faizini təşkil edib və qeyri-neft sektorunda ixracın payı diqqətəlayiq olub.

Ümumilikdə, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 44,589 milyard ABŞ dolları səviyyəsinə çatıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4 faiz çoxdur. Xarici ticarətdə ixrac və idxal göstəriciləri üzrə 23,401 milyard ABŞ dolları ixrac, 21,188 milyard ABŞ dolları isə idxal payına düşüb.

Ötən illə müqayisədə ixrac 937 milyon ABŞ dolları və ya 3,8 faiz azalıb, idxal isə 2,416 milyard ABŞ dolları və ya 12,9 faiz artıb. Nəticədə, Azərbaycanın xarici ticarət balansı 2,213 milyard ABŞ dolları müsbət saldo ilə formalaşıb ki, bu da illik göstəricidən 3,353 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.

Fuad Mədətov
Finss.az