BİZNES

16 Yanvar

2026-cı ildə Azərbaycanda illik inflyasiya 4%-ə qədər azalacaq - BMT-nin proqnozu

2026-cı ildə Azərbaycanda illik inflyasiya səviyyəsi 2025-ci ilin 5,6%-dən 4%-ə qədər azalacaq.

Finss.az bu barədə BMT-nin hesabatına əsasən xəbər verir. 

Təşkilatın proqnozlarına əsasən, bu azalma meyli davam edəcək və 2027-ci ildə istehlakçı inflyasiyası 3,5%-ə geriləyəcək.

Hesabat həmçinin ölkədə inflyasiya göstəricilərinin əvvəlki illərdəki vəziyyətini əks etdirir:

  • 2003–2017: 12,9%
  • 2018: 2,3%
  • 2019: 2,6%
  • 2020: 2,8%
  • 2021: 6,7%
  • 2022: 13,9%
  • 2023: 8,8%
  • 2024: 2,2%

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin noyabr ayında illik inflyasiya 5,5% səviyyəsində olub. Bu dövrdə:

  • Ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarında qiymət artımı: 7,1%
  • Qeyri-ərzaq məhsullarında qiymət artımı: 2,5%
  • Ödənişli xidmətlərin qiymətləri: 5,7%

Tənzimlənən qiymətlər və kənd təsərrüfatı məhsullarının mövsümi dəyişkənlikləri nəzərə alınmadan hesablanan baza inflyasiyası isə noyabr ayında 4,8% göstərilib.

Fuad Mədətov
Finss.az