BİZNES

15 Yanvar

Azərbaycanda aktiv vergi ödəyicilərində illik artım 6,5% təşkil edib

2026-cı ilin yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 859,3 min nəfər təşkil edib.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatına əsasən xəbər verir ki, bu göstərici illik müqayisədə 6,5% artım göstərib.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,6% artaraq 58,4 minə çatıb. Eyni zamanda, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7,1% artaraq 232,8 min təşkil edib.

Fuad Mədətov
Finss.az