BİZNES

15 Yanvar

Azərbaycandan Belarusa qeyri-neft məhsulları ixracı 2 dəfəyə yaxın artıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Belarusa qeyri-neft məhsulları ixracı 71 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,6 milyon dollar və ya 1,6 dəfə artım deməkdir.

Hesabat dövründə Belarusa ixrac olunan qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 2,14% olub. Bu nəticəyə əsasən, Belarus Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələr arasında səkkizinci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ölkələrlə ümumi ticarət dövriyyəsi 44,589 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard dollar və ya 3,4% artım deməkdir. Xarici ticarətin strukturu belə olub: ixrac 23,401 milyard dollar, idxal 21,188 milyard dollar. Ötən il ərzində ixrac 937 milyon dollar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.

Fuad Mədətov
Finss.az