BİZNES

15 Yanvar

Azərbaycandan Ukraynaya qeyri-neft məhsulları ixracı artıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Ukraynaya qeyri-neft məhsulları ixracı 190,2 milyon ABŞ dolları təşkil edib.

Finss.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 85,9 milyon dollar və ya 1,8 dəfə artım deməkdir.

Hesabat dövründə Ukraynaya ixrac olunan qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 5,73% olub. Bu nəticəyə əsasən, Ukrayna Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələr arasında beşinci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ölkələrlə ümumi ticarət dövriyyəsi 44,589 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard dollar və ya 3,4% artım deməkdir. Xarici ticarətin strukturu belə olub: ixrac 23,401 milyard dollar, idxal 21,188 milyard dollar. Ötən il ərzində ixrac 937 milyon dollar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.

Fuad Mədətov
Finss.az