Finss.az xəbər verir ki, “Qazprom” 2026-cı ildə “Sibir Gücü” boru kəməri vasitəsilə Çinə gündəlik qaz tədarükü üzrə yeni rekord qeydə alıb. Rekord göstərici 10 yanvar tarixində müəyyən edilib.
Rusiya qazının Çinə tədarükü “Qazprom” ilə Çin Milli Neft Korporasiyası (CNPC) arasında imzalanmış uzunmüddətli qaz alqı-satqısı müqaviləsi çərçivəsində həyata keçirilir. Bildirilir ki, fiziki qaz tədarüklərinin müqavilədə nəzərdə tutulan həcmlərdən müntəzəm olaraq, hətta cüzi şəkildə artıq olması sabit və davamlı gündəlik ixracın təmin edildiyini göstərir.
Mütəxəssislərin fikrincə, bu cür sabitlik xüsusilə istilik mövsümündə və yanacaq istehlakının artdığı dövrdə istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Qaz tədarükündə rekord göstəricilər Rusiya ilə Çin arasında enerji əməkdaşlığının daha da gücləndiyini təsdiqləyir.
