2025-ci ilin yanvar-noyabr aylarında “SOCAR-DALĞIC” şirkətinin ixracdan əldə etdiyi gəlirlər 1,9 milyon ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən yayılan “İxrac icmalı”nın dekabr sayında yer alıb.
Məlumata görə, gəlirlərə dair ötən il məlumatlar dərc olunmayıb, buna görə müqayisə aparmaq mümkün deyil.
Qeyd olunur ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedədir. Siyahıda növbəti yerləri SOCAR Polymer MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, SOCAR-DALĞIC MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” Mineral Su Zavodu MMC və Naxçıvan Muxtar Respublikasının Enerji Xidməti tutur.
Fuad Mədətov
Finss.az
