2025-ci ilin yanvar-noyabr aylarında “SOCAR Polymer” şirkətinin ixracdan əldə etdiyi gəlirlər 242,8 milyon ABŞ dolları təşkil edib.
Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,1 milyon ABŞ dolları və ya 4,3% artım deməkdir.
Qeyd olunur ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedədir. Onu SOCAR Polymer MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” Mineral Su Zavodu MMC və Naxçıvan Muxtar Respublikasının Enerji Xidməti izləyir.
Fuad Mədətov
Finss.az
