DÜNYA

09 Yanvar

Rio Tinto və Glencore birləşmə danışıqları aparır

Finss.az xəbər verir ki, Rio TintoGlencore şirkətləri birləşmə ilə bağlı danışıqlar aparırlar. Razılaşma baş tutacağı təqdirdə, bazar kapitallaşması 200 milyard dollardan çox olan dünyanın ən böyük mədən şirkəti yaradıla bilər.

Hər iki şirkət yayımladıqları ayrı-ayrı mətbuat açıqlamalarında bu məsələ ilə bağlı əvvəlki media xəbərlərini təsdiqləyiblər. Bildirilib ki, danışıqlar hazırda ilkin mərhələdədir və yekun qərar qəbul olunmayıb.

Analitiklərin fikrincə, mümkün birləşmə qlobal mədən sənayesində konsolidasiya prosesini sürətləndirə, xammal bazarlarında qiymət dinamikasına və rəqabət mühitinə əhəmiyyətli təsir göstərə bilər. Xüsusilə mis, dəmir filizi, kömür və digər strateji xammal bazarlarında yeni güc balansının formalaşacağı gözlənilir.

Qeyd edək ki, Rio Tinto və Glencore hazırda dünya üzrə ən iri dağ-mədən şirkətləri sırasında yer alır və onların birləşməsi beynəlxalq investisiya və maliyyə bazarlarında ciddi maraq doğurub.