2025-ci ilin yanvar-noyabr aylarında Kəlbəcərdə yerləşən “İstisu” mineral su zavodu 1,7 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib.
Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına 1976-cı ildə başlanıb. 1993-2020-ci illərdə işğal dövrü səbəbindən zavod fəaliyyətini dayandırmışdı.
26 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev tərəfindən zavodun təməli qoyulub və 2024-cü ildən etibarən istehsal yenidən bərpa olunub.
Fuad Mədətov
Finss.az
