BİZNES

09 Yanvar

Azərbaycan 149,8 milyon dollar dəyərində meşə fındığı ixrac edib

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 149,8 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac olunub.

Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,9 milyon ABŞ dolları və ya 31,5% artım deməkdir. 2024-cü ilin yanvar-noyabr aylarında ölkədən 113,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az