Niderlandın “ING” bank qrupu 2028-ci ilə qədər “Brent” markalı neftin və “Dutch TTF” təbii qazının qiymətləri üzrə yenilənmiş proqnozunu açıqlayıb.
Finss.az xəbər verir ki, analitiklərin qiymətləndirmələrinə əsasən, 2026-cı ildə “Brent” neftinin orta illik qiyməti bir barel üçün 56,4 ABŞ dolları, “Dutch TTF” təbii qazının orta illik qiyməti isə bir meqavat-saat üçün 29,5 avro səviyyəsində proqnozlaşdırılır.
2027-ci ildə “Brent” neftinin orta illik qiyməti təxminən bir barel üçün 61,75 ABŞ dolları, “Dutch TTF” üzrə qiymət isə bir meqavat-saat üçün 26,25 avro olacaq.
Xüsusilə, 2026-cı ilin rüblük proqnozuna görə, “Brent” neftinin qiyməti birinci rübdə 58 dollar, ikinci rübdə 56 dollar, üçüncü rübdə 58 dollar, dördüncü rübdə isə 54 dollar səviyyəsində gözlənilir. “Dutch TTF” üzrə fyuçers kotirovkaları birinci rübdə 33 avro, ikinci rübdə 28 avro, üçüncü rübdə 27 avro, dördüncü rübdə isə 30 avro səviyyəsində proqnozlaşdırılır.
Fuad Mədətov
Finss.az
