BİZNES

08 Yanvar

Səudiyyə nəhəngi SABIC qlobal strategiyasını yenidən qurur

Finss.az xəbər verir ki, səhmlərinin 70%-i dövlətə məxsus Saudi Aramco şirkətinə aid olan, qalan hissəsi isə Səudiyyə Fond Birjasında ticarət edilən neft-kimya şirkəti SABIC, Avropa neft-kimya biznesini və mühəndislik termoplastikası (ETP) biznesini Amerika və Avropada satmaq üçün iki ayrı müqavilə imzalayıb.

Şirkətin açıqlamasına görə, portfelin optimallaşdırılması strategiyasının bir hissəsi olan bu əməliyyatların ümumi dəyəri 950 milyon dollar təşkil edir. Sövdələşmələr SABIC-in fəaliyyət fokusunu yenidən formalaşdırmağa yönəlib.

Bəyanatda qeyd olunub ki, bu addımlar şirkətin gəlirliliyini artırmaq, daha yüksək gəlirli bazarlara və rəqabət üstünlüyünə malik məhsullara diqqət yetirmək, kapitalı daha səmərəli layihələrə yönəltməksərbəst pul axınını gücləndirmək məqsədi daşıyır. Eyni zamanda SABIC qlobal müştərilərinə xidmət göstərməyə və səhmdar dəyərini maksimum səviyyədə artırmağa davam edəcəyini vurğulayıb.

Analitiklər bu qərarı qlobal neft-kimya bazarında dəyişən şərtlərə uyğunlaşma və strateji yenidənqurma kimi qiymətləndirirlər.