2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 163,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac olunub.
Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 50,6 milyon ABŞ dolları və ya 44,9% artım deməkdir.
Qeyd olunur ki, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədən 112,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilmişdi. Eyni zamanda, Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı 2025-ci ilin yanvar-noyabr aylarında 7,3% artaraq 3,3 milyard ABŞ dollarına çatıb.
Fuad Mədətov
Finss.az
