2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 85,5 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edilib.
Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 milyon ABŞ dolları və ya 9,9% azalma deməkdir.
Qeyd olunur ki, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədən 94,9 milyon ABŞ dolları dəyərində metanol ixrac edilmişdi. Eyni zamanda, Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı 2025-ci ilin yanvar-noyabr aylarında 7,3% artaraq 3,3 milyard ABŞ dollarına çatıb.
Fuad Mədətov
Finss.az
