BİZNES

08 Yanvar

“AzerGold” 205,9 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib

2025-ci ilin yanvar-noyabr aylarında “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 205,9 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirib.

Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 73,5 milyon ABŞ dolları və ya 55,5% artım deməkdir.

Eyni dövrdə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dollarına çatıb.

Fuad Mədətov
Finss.az