2025-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti 680,2 min ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirib.
Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 275,8 min ABŞ dolları və ya 28,8% azalma deməkdir.
Bununla yanaşı, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dollarına çatıb.
Fuad Mədətov
Finss.az
