BİZNES

08 Yanvar

"Azərbaycan Dəmir Yolları" QSC-nin ixrac əməliyyatları 1,5 milyon ABŞ dollarına çatıb

2025-ci ilin yanvar-noyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 1,5 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirib.

Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 5,6 dəfə artım deməkdir.

Qeyd olunub ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dollarına çatıb.

Fuad Mədətov
Finss.az